Behrud İnşaat

Hardy

Hard Working Tools kampaniyası 20-ci əsrin sonlarına doğru yaradılmışdır. 25 il ərzində təmir və tikinti sahəsində təcrübə və biliklərini gündən günə gücləndirərək, özünü müasir bazarın tələblərinə uyğunlaşdırmışdır. Aldığı bir çox mükafat onun işi bacarığının göstəricisidir. Brend yüksək keyfiyətli məhsulları ilə tanınır və özünü genişləndirir. Bazar tendensiyasını yaxından izləyir və ən tələbkar alıcının belə gözləntilərinə uyğun məhsullarını istehsal etməyə hər gün davam edir. Əsas məqsədi mükəmməl keyfiyyətli boya alətinin tam çeşidlərini münasib qiymətlərlə istehsal edib, satmaqdır. Məhsullar arasında siz boya alətlərinin geniş skalası ilə tanış olacaqsınız. Fırçalar, lentlər, filmlər, kisələr, divar kağızları üçün alətlər, bıçaqlar və metrlər, tikinti alətləri. Məhsulların hər biri xüsusi texnika ilə hazırlanır. Tamamilə Polşa istehsalı olan Hardy, inanılmaz sürətlə bütün Polşa tikinti alətləri və inventar bazarını öz keyfiyyətli məhsulları ilə doldurmuşdur. O həm peşakarlar üçün, həm də həvəskarlar üçün bir çox fərqli məhsullar yaratmışdır. Şirkətdə 80 nəfər və 22 ticarət Nümayəndəsi fəaliyyət göstərir. Şirkət Ukrayna, Macarıstan, Bolqarıstan, Rumıniya və Serbiyadakı nümayəndəlikləri sayəsində mərkəzi və Şərqi Avropa ölkələrində rəngsaz və tikinti aləti bazarında əhəmiyyətli yer tutur. Hər il şirkətin təklifi həm Polşa ərazisində (beynəlxalq BUDMA sərgisi), həm də xaricdə (Sofiya, Bucharest, Kiyev, Budapeşt) ixtisaslaşdırılmış sərgilərdə təqdim olunur.