Image Alt
www.behrud.az

Haqqımızda

BEHRUD

Haqqımızda

BEHRUDAZ
www.behrud.az

Behrud İnşaat

Behurd şirkətinin qurucusu Almammədov İlham Hidayət oğlu, 1965-ci il may ayının 1-də Ordubad rayonunda anadan olmuşdur. Ali təhsillidir, 3 övladı var. O, öz əziyyəti və səbri ilə şirkətini bu günlərə qədər daşımış və böyütmüşdür. Qurduğu ədalətli iş prinsipi sayəsində hər dəfəsində işciləri tərəfindən hörmət və sevgi ilə qarşılanır. 1992-ci ildə onun tərəfindən doğulduğu kəndin adı verilərək qurulan BEHRUD şirkəti, Bakıdaki fəaliyyətinə 1996-cı ildə başlamışdır. Şirkət, bu gün Azərbaycanda inşaat materiallarının satışı və idlaxı ilə məşğul olan, ən tanınmış və etibarlı şirkət kimi bilinir və gündən günə böyüyərək öz adını ölkə üzrə yaymağa davam edir. Bir çox xarici firmanın satış nümayyəndəliyini təmsil etməklə bərabər, məhsulların tam keyfiyyətli bir şəkildə alıcısına çatdırılmasını təmin edir. Azərbaycan bazarında həm qiymətləri ilə, həm də müştəri məmnuniyyəti ilə seçilir və öz yerini qurulduğu tarixdən günümzə qədər əminliklə qoruyur. Həmçinin bina, ofis və evlərin tikinisi ilə də profesional bir şəkildə məşğul olan BEHRUD Şirkəti , nəinki Azərbaycanda, xarici ölkələrdə də öz adından sıxca söz etdirməkdədir. Şirkət, 1999-2014-ci illərdə “Baku Build” inşaat sərgisində iştirak etmiş və nümayyəndəliyini gördüyü məhsulları uğurla tanıtmışdır. Fransa, Türkiyə, Almanya, Rumuniya , Finlandiya, Bolqariya, Rusya, Ukrayna, Polşa, Belçika və digər aparıcı ölkələrin keyfiyyətli məhsullarının Azərbaycan bazarında satışını təmsil edir. Satılan məhsulların müvafiq sertifikatları ilə satılmasını təmin edir. Hal-hazırda Behrud şirkəti Tegola , Eurovent, Fakro, Hekim Yapı, Devorex, Bilka, Hardy, Kerabit, kimi tanınmış şirkətlər ilə əməkdaşlıq qurur. Qurduğu əməkdaşlıqların və illər sürən təcrübənin nəticəsində: şirkət üçün vacib olan, hər bir müştərisinin yanımızdan gülər üzlə ayrılması və şirkətin gördüyü işlərdən tam razı qalmasıdır. Şirkət Sizi düşünərək addımlayır və daim yanınızdadır. BEHRUD – keyfiyyətlərin görüşdüyü məkan.